!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyəzəndə AĞIR QƏZA: İkinci kurs tələbəsi öldü - Yaralılar var / FOTO

!Reklam – Yazi

Şəbnəm İsmayılova Bakı-Quba avtomagistralının Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.

Yenicag.az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Ford” markalı minik maşını yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə, sürücü ilə birlikdə altı nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralılar arasında ağır olanlardan biri – Qubanın Nügədi kənd sakini, 17 yaşlı Şəbnəm Qabil qızı İsmayılova kəllə-beyin travması alıb və komaya düşüb.

Komaya düşən Ş.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şəbnəm İsmayılova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının ikinci kurs tələbəsi olub.

Qəzaya yağan qarın səbəb olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv