Siyəzəndə ev yandı: Xəsarət alan var 

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.