Siyəzəndə maşın aşdı, sürücü öldü

qeza azvision  fonnnBu gün axşam saatlarında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı “BMW” markalı maşın aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Apa)