Siyəzəndə mikroavtobus kül oldu

Siyəzəndə “Mercedes” markalı mikroavtobus yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.