Siyəzəndə qəza – Ölən var

Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az verilən məlumata görə, dekabrın 26-da saat 22 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini Namiq Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.