Siyəzəndə qəza: Ölən və yaralananlar var

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Zaur Cığəliyevin idarə etdiyi “Opel” markalı avtomobillə, 1961-ci il təvəllüdlü Əliyoldaş Quliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü Ə.Quliyev hadisə yerində ölüb. “Opel”in sürücüsü Z.Cığəliyev və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Rəşid Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.