“Siyonist lobbinin məni hədəf alan hədsizliklərinə boyun əyməyəcəm” – Ərdoğan

“Gözünü qan və nifrət bürümüş bir ovuc radikal siyonist bölgəmizi və bütün dünyanı oda atmaqdadır. Açıq deyirəm, biz bu zülmə, bu barbarlığa əsla razı olmayacağıq. Siyonist lobbinin şəxsimizi hədəf alan hədsizliklərinə də boyun əyməyəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının toplantısından sonra mətbuata bəyanatla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İslam aləminin və dünyanın vicdan sahibi ölkələrini bu müasir barbarlığa qarşı birləşməyə çağırıram. İsrailə qarşı “insanlıq ittifaqı”nın qurulmadığı hər gün təhlükənin daha da artacağı bilinməlidir”, – deyə o bildirib.

 

COP29