!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siz də bu məktəbi görüb dəhşətə düşəcəksiniz – Azərbaycanda

!Reklam – Yazi

elibeyli_mektebÖtən gun Qaxın Əlibəyli kəndində görüş keçirən deputatlığa namizəd Əhməd Şahidova kənd məktəbinin bərbad vəziyyətdə olması barədə məlumat verilib. Əlibəyli kənd məktəbini ziyarət edən Əhməd Şahidov məktəbi gəzib, sinif otaqlarına baxış keçirib və gürcü şagirdlərlə yaxından söhbət edib.

Heç bir şəraiti olmayan, sınıx-salxaq partaları olan sinif otaqlarının istilik təchizatı da yoxdur. Müəllimlərlə söhbət zamanı məlum olub ki, şagirdlər sinifdə kurtka və paltolarda əyləşir, dərs zamanı siçovullar gəzişir və normal dərs keçilməsi üçün heç bir şərait mövcud deyil.

Sinif otaqlarını bir-bir göstərən məktəbin direktoru Andro Sonaşvili yerli məmurların diqqətsizliyindən şikayət edib və Əlibəyli kənd məktəbinin ağır şəraiti barədə Əhməd Şahidova məlumat verib.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv