“2021-ci ildə erməni xalqı geosiyasi məsələni həll edib”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlərlə söhbətində deyib.
“2021-ci ildə erməni xalqının nə etdiyi barədə heç bir təsəvvürünüz yoxdur.
Onlar bilmədən və ya fərqinə varmadan öz seçimləri ilə geosiyasi məsələyə qərar verdilər, böyük geosiyasi planı iflasa uğratdılar.
Hansı plan? Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə üzv etmək.
Bu, böyük plandır. Ermənistana belə bir rəsmi təklif olmayıb”, – Simonyan bildirib.
Xuraman Etibarlı