Sizi xoşbəxt edəcək 6 “Feng Shui” MƏSLƏHƏTİ

Gündəlik həyatda neqativ enerjini uzaqlaşdırmaq üçün bəzi üsullardan istifadə etmək lazımdır.

Yenicag.az xəbər verir ki, “Feng Shui” məsləhətləri neqativ enerjini yox etməyin ən sadə üsullarıdır.

Dağınıqlıqdan xilas olun – Bu sizin beyninizdə də lazımsız fikirlərdən qurtulmağınıza kömək edəcək.

Unitazın qapağını bağlı saxlayın – “Feng Shui” təliminə görə ağzı açıq unitaz evdəki müsbət auranı öz içinə çəkir.

Yataq otağınızda iki şkaf olsun – Nizamlılığın əsas şərtlərindən də biri simmetrik olmaqdır.

Arxanız qapıya tərəf çalışmayın – Buna məcbur olsanız, mütləq qarşınıza bir güzgü qoyaraq arxanızı görün.

Bitkilər saxlayın – Təmiz hava hər zaman əhvalı yüksəldir.

Sınıq əşyalarınızı atın və ya təmir edin – Bu cür əşyaları görmək əhval-ruhiyyəni korlayır.

COP29