!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Skandal! Çin Putinin bu görüntülərini hər yerdən silir – Foto, Video

!Reklam – Yazi

rtr4dm16Pekində keçirilən son Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti Çin-Rusiya əlaqələri baxımından ciddi krizisə səbəb ola bilər. Belə ki, sammit zamanı Rusiya Prezidenti Vladmiri Putinin Çin prezidenti Xi Jinpingin həyat yoldaşı Peng Liyuan ilə səmimi söhbəti çox ciddi krizisə çevrilib.

YENİCAG.AZ “Newsweek”ə istinadən xəbər verir ki, Putinin Çinin birinci xanımının çiyninə əli ilə toxunduğu görüntü mediada yayıldıqdan yarım saat sonra Çin senzurası bu görüntüləri silmək üşün hərəkətə keçib.

Putinin şorgöz imicinin olduğuna diqqət çəkilən xəbərdə deyilir ki, Putinin Birinci xanımın paltosunu geyməsinə yardım etməsi efirə getməli deyilmiş və bu Xi ailəsinə yaraşan addım deyil.

Qeyd olunur ki, Putin xanım Liyuana yardım edərkən, Xinin başı Obama ilə söhbətə qarışıb.

***

Rusiya prezidentinin mətbuat katibi Putinin Çinin birinci xanımına etdiyi jesti şərh edib.

Mətbuat katibi Dmitriy Peskov Çində qadağa edilən və bütün yerli saytlardan yığışdırılan həmin görüntülər ətrafında gedən müzakirələri absurd adlandırıb:

“Adətlər eyni deyil, qadınlar eyni deyil, lakin hər kəsə eyni cür soyuqdur. Onun adeyal verməsi isə demək olar ki hər kəsin edəcəyi normal davranışdır. Yerdə qalanlar isə qeybət, lazımsız müzakirə, tamamilə absurddur”.

Peskov həmçinin əlavə edib ki, Rusiya prezidentinin jesti ilə bağlı müzakirələr başqa ölkələrdən daha çox öz ölkəsində kütləvi xarakter daşıyır.

Xatırladaq ki, Rusiya prezidenti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Pekində keçirilən sammitində Çinin birinci ledisinin çiyninə adeyal atması dünya mətbuatında geniş müzakirı mövzusuna çevrilmişdi. Çində etiket qaydalarının pozulması kimi dəyərləndirilən həmin jestin lentə alındığı kadrlar yerli mətbuatdan çıxarılmışdı.

   

https://www.youtube.com/watch?v=HsbPFmTyt_A

 

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv