“Azərbaycana, bəlkə, hər həftə getdim və sonda ölkələrimiz arasında o körpünü qurduq”.
Yenicag.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən “Rauf Raif Denkdaş və Fazil Küçük II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda çıxış edən ŞKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu deyib.
Baş nazirin müavini ŞKTC-nin tanıdılmasında Azərbaycan Prezidentinin böyük rol oynadığını bildirib:
“Qardaşlığımız və dostluğumuz daha da möhkəmləndi. Azərbaycandakı çalışmalarda yerimizi aldıq. Mədəniyyətimizin, dilimizin qaynaşması üçün əlimizdən gələni etdik.
Bundan başqa, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. O bizi Kiprin tanıtımı üçün Bakıya dəvət etmişdi. Biz Azərbaycandan başlayaraq bütün türk dünyasına yayılmağı hədəfləyirik”.
Aqil Bəkir/Lefkoşa