ŞKTC-nin sabiq prezidenti xəstəxanaya yerləşdirildi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) sabiq prezidenti Dərviş Əroğlu xəstəxanaya yerləşdirilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əroğlu baş gicəllənməsi diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilib.