ŞKTC Prezidentinə hücum etdilər – VİDEO

Böyük Britaniyada səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar hücuma məruz qalıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Tatarın avtomobilinin önünü kəsən yunan və rumlar şüarlar səsləndiriblər.

Hədlərini aşan etirazçılar: “Türkiyə Kiprdə çıx”, – deyə şüar səsləndiriblər. Polis etirazçılara əngəl ola bilib.

Bununla yanaşı, türk gənclər də Tatara dəstək şüarları səsləndiriblər.