“ŞKTC türk dünyasının Aralıq dənizinə açılan pəncərəsidir” – Ərsin Tatar

“Mübarizəmiz milli mübarizə olaraq tarixdə yerini alır və alacaq”.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyənin “Pamukkale” Universitetində təşkil olunan “ŞKTC-nin Türk Dünyasındakı Stratejik Önəmi” başlıqlı konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

ŞKTC Prezidenti ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda qatılmasını önəminə toxunub:

“Bizim TDT-yə o statusla girə bilməmiz bütün türk dünyasının aralıq dənizinə açılan pəncərəsi olduğu anlamına gəlir”.