ŞKTC XİN rəhbəri: “İlham Əliyevin bəyanatı mübarizəmizə daha da güc qatacaq”

“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı mübarizəmizə daha da güc qatacaq”.

Yenicag.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını şərh edərkən deyib.

“Dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nazirlərinin ikinci iclasının iştirakçıları ilə görüşündə söylədiyi sözlərdən böyük qürur hissi keçiririk. Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun bir yol qət edəcəyik. Bu bəyanat mübarizəmizə daha da güc qatacaq”, – T.Ərtoğruloğlu bildirib.

ŞKTC-nin baş diplomatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bəyan edib:

“Türk Dövlətləri Təşkilatının dəstəyi ilə daha da güclənəcəyik. ŞKTC-nin tanınması istiqamətində bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bir millət, üç dövlət olaraq böyük uğurlar qazanacağımıza tam inanırıq”./Report/