Sloveniyanın ilk qadın prezidenti – Seçkinin nəticələri

Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda vəkil Nataşa Pirs Musar qalib gəlib və o, ölkənin ilk qadın dövlət başçısı olacaq.

Yenicag.az xəbər verir ki, 54 yaşlı Pirs Musar ikinci turda səslərin 53,83 faizini, onun rəqibi, sağçı siyasətçi və keçmiş xarici işlər naziri Andze Loqar isə 46,17 faiz səs toplayıb.

Komissiyanın məlumatına görə, seçici fəallığı 49,9 faiz təşkil edib.