Smartfon stress səviyyəsini ölçə biləcək – YENİLİK

İtaliyalı tədqiqatçılar qrupunun iddiasına görə, nəbz və stressin səviyyəsini ölçmək üçün qurğunu bədənə yaxınlaşdırmaq kifayətdir. Əlavə avadanlığa ehtiyac yoxdur.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, müxtəlif daşınan qurğular tez-tez vacib sağlamlıq göstəricilərinə (məsələn, stressin səviyyəsi və ürək döyüntüsünün tezliyi) nəzarət üçün istifadə olunur. Ancaq Milan Texniki Universitetinin mütəxəssisləri əmindirlər ki, bunun üçün bir smartfon kifayətdir.

Alimlərin fikrincə, daxili akselerometrlə təchiz edilmiş smartfon ürək döyüntülərinin tezliyini hesablaya biləcək. Bunun üçün smartfonu, sadəcə, bədənin müəyyən nahiyəsinə qoymaq lazımdır.

Mütəxəssislər sınaqlar zamanı könüllülərdən hər səhər smartfonu 30 saniyəlik göbək nahiyəsinin üstünə qoymağı xahiş ediblər. Eyni zamanda onları elektrokardioqrama müayinəsindən keçiriblər. Toplanılmış məlumatlar bu siqnallara əsasən ürək döyüntülərinin tezliyini və stressin səviyyəsini hesablaya biləcək alqoritmin yaradılması üçün istifadə ediləcək.

Tədqiqatçılar ümid edirlər ki, son nəticədə onların hazırlaması smartfonu sağlamlıq vəziyyətinə nəzarət alətinə çevirməyə imkan verəcək.

COP29