!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Smartfonların sağlamlığa TƏSİRİ: "Ürək ritmində müəyyən dəyişikliklər..." - AÇIQLAMA

!Reklam – Yazi

“Telefonlardan çox istifadə etmək ciddi sağlamlıq problemləri ehtiva etmir”.

Bu sözləri mobil telefonların sağlamlığa zərəri barədə danışan tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, telefon dalğaları ürək ritmində müəyyən dəyişikliklərə səbəb ola bilər:

“Telefonu həmişə cibin sağ tərəfinə qoymaq, ya da əldə gəzdirmək lazımdır. Çünki sol tərəfdə telefon dalğaları ürəyin keçirici sisteminə təsir edir, fəaliyyətini pozur. Daha sonra da ürək ritmində müəyyən dəyişikliklər olur. Amma telefon sağ tərəfdə olduqda döş qəfəsinə yaxın olmur, təhlükə minimuma enir”.

Həkim, həmçinin dalğaların beyinə və ya digər nahiyələrə ciddi təsiri olmadığını da qeyd edib:

“Telefonun digər nahiyələrə ciddi təsiri yoxdur. Yalnız ürək barədə ehtiyatlı olmaq lazımdır”.

Şahanə Paşa

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv