Fevralın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.