!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SMS-lə verilən 3 saatlıq icazə müddətini hissələrə bölmək olar” – İqtisadçıdan TƏKLİF

!Reklam – Yazi

“Karantin rejiminin yumşaldılması prosesində əsas diqqət sosial məsafənin təmin olunmasına yönəlməlidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri aprelin 27-dən etibarən, karantin rejiminin yumşaldılmasına münasibət bildirən iqtisadçı Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, karantin rejiminin yumşaldılması ilə bağlı qərar düzgündür:

“Xüsusilə, icazə müddətinin 3 saata qaldırılmasını dəstəkləyirəm. Sadəcə, müddəti birdəfəlik yox, hissələrə, məsələn 2 və ya 3 yerə bölməklə, əhali üçün daha əlverişli şərait yaratmaq olardı.

Məsələn, kim istəsə, 1 saat istifadə etsin 8103-ə 2-1 kodu göndərsin. Yaxud da, 3 saat istəyən 2-3 kodu göndərsin. Əsas gücü sosial məsafənin təmin olunmasına və fəaliyyətə başlayacaq obyektlərdə təhlükəsizlik tədbirlərinin (spirt, növbəlilik, baxil geyinmək və s.) görülməsinə yönəltmək lazımdır”

Gülşən Şərif

www.yenicag.az

1995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv