Sneyder milli ilə vidalaşır – Rəsmi

Hollandiya millisinin futbolçusu Uesli Sneyder millidəki karyerasını başa vuracaq.

Yenicag.az xəbər verir ki, bu barədə Hollandiya Futbol Federasiyası məlumat yayıb.

Belə ki, ulduz oyunçu sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək.

Qeyd edək ki, hazırda Qətərin “Əl-Qarafa” klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır.