SOCAR AQŞ Azərbaycanda ilk quruda qazma layihəsinə başlayıb

Kompleks qazma və quyulara xidmət üzrə aparıcı şirkət olan SOCAR AQŞ öz fəaillət
istiqamətini genişləndirərək daha bir ilkə imza atıb. O, ölkədə ilk quruda qazma layihəsinin
icrasına başlayıb.

SOCAR AQŞ bu layihəni icra etmək üçün Azərbaycanın ilk özəl enerji şirkəti olan GL LTD
MMC-nin tabeliyində olan “Taghiyev Operating Company” MMC (TOC) ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən SOCAR AQŞ TOC-un Buzovna-Maştağa neft yatağında qazma
əməliyyatlarını icra edəcək.
Buzovna-Maştağa yatağında qazma əməliyyatlarını həyata keçirmək üçün SOCAR AQŞ qazma
və yenidənqurma qurğularının layihələndirilməsi və tikintisi üzrə dünya lideri olan “Drillmec”
şirkətinə məxsus HH 300 kimi tanınan avtonom hidravlik qazma qurğusundan istifadə edir. Bu
müasir qurğu müxtəlif şəraitlərdə, o cümlədən quruda səmərəli və təhlükəsiz qazma
əməliyyatlarının icrası üçün unikal xüsusiyyətləri ilə tanınır.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev deyib: “Quruda qazma əməliyyatlarının həyata
keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün çox vacibdir. Biz bu mühüm
layihəni bütün maraqlı tərəflər üçün peşəkar komandamız, yüksək keyfiyyətli texnologiyalarımız
və uzun illik təcrübəmizlə uğurla icra edəcəyik”.
SOCAR AQŞ öz əməliyyatlarını və portfelini genişləndirməyə davam edərkən, ən yüksək
peşəkarlıq, keyfiyyət və innovasiya standartlarını qorumağa sadiq qalır. Dəyişən bazar
dinamikasını və texnoloji irəliləyişlərə uyğunlaşmağın vacibliyini başa düşən SOCAR AQŞ,
sifarişçilərinin ehtiyaclarına cavab verən qabaqcıl həllər təklif etməyə davam edir.
Qeyd edək ki, GL şirkəti SOCAR AQŞ-nin Azərbaycanda artıq üçüncü sifarişçisidir. Bu yeni
tərəfdaşlıq 15 illik təcrübəyə sahib olan və bu günə qədər 150-dən çox quyunun qazılmasını
həyata keçirən SOCAR AQŞ-nin Azərbaycanda qazma və quyu xidmətləri üzrə aparıcı şirkət
kimi mövqeyini daha da gücləndirəcəkdir.