Reklam

Reklam

Avstriyanın OMV konserni Türkiyədəki törəməsi olan “Petrol Osifi AŞ”-ni Hollandiyanın “Vitol Group” şirkətinə satacağını açıqlayıb.

Yeniçağ.Az-ın məlumatına görə, “APA-Economics” OMV-nin açıqlamasına istinadən xəbər verir ki, əqdin dəyəri 1 mlrd. 368 mln. avro təşkil edəcək.

“OMV “Petrol Ofisi”nin səhmlərin 100%-ni “Vitol Group”a satacağını bəyan edir. Alqı-satqı proseduru bu ilin üçüncü rübündə başa çatdırılacaq”, – deyə şirkətin bəyanatında qeyd edilib.

Bundan öncə konsern rəsmiləri bəyan edib ki, “Saudi Aramco”, SOCAR və “Vitol Group” “Petrol Ofisi”nə sahiblənməyə daha yaxın şirkətlərdir. “Bloomberg” agentliyinin yazdığına görə, “Saudi Aramco” rəqiblərindən bir addım öndə idi. Belə ki, Səudiyyə Ərəbistanı nəhəngi “Petrol Ofisi” üçün 1,6 mlrd. dollarından keçməyə hazır olub.

“Reuters” agentliyinin mənbələri isə qeyd edib ki, SOCAR da OMV-yə öz təkliflərini göndərib.

SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.

“Petrol Ofisi”nin Türkiyə ərazisində 1000-ə yaxın YDM-i var.

Son statistikaya əsasən, şirkət bazarın 22,7%-nə nəzarət edir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."