SOCAR-ın avtobusu qəza törətdi: ölən var

3e3e2366368f2bBakıda sərnişin avtobusu qəza törədib.

Hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub. Ölən şəxs mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.(APA)