!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“SOCAR-ın fəaliyyətində çatışmazlıqlar var”- Ekspert rəyi

!Reklam – Yazi

socarekspert“Əgər SOCAR dünya brendinə çevrilmək istəyirsə, bütün sahələrdə islahatlar aparmalıdır. Xüsusən əməyin təhlükəsizliyi ilə bağlı addımlar atmalıdır”.

Bu fikirləri Yeniçağ.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, təhlükəsizlik ilə bağlı SOCAR-ın fəaliyyətində çatışmazlıqlar var:

“Ötən il və dekabrın 15-də baş verən hadisə nəticəsində müvafiq iş standartları qaydalarının olmaması səbəbindən onlarla insan həyatını itirdi. Son hadisə zamanı 150 metrlik estakada darmadağın olub. Əgər estakadanın istismar müddəti başa çatıbsa, onu vaxtında dəyişmək lazım idi. Təbii ki, küləyin sürətinin yüksək olmasına adekvat olaraq, əvvəlcədən təhlükəsizlik işləri görülməliydi. Estakadanın davamlılığı şübhə altında olduğu halda neftçilər təcili köçürülməli idi. Niyə bu addımlar atılmayıb? Hesab edirəm bu məsələ ilə bağlı yaranmış suallar cavablandırılmalıdır.

SOCAR-ın təhlükəsizliklə bağlı işləri həyata keçirməsinə imkanı da, mütəxəssisləri də var. Bir sözlə, SOCAR bunu etməli idi. Əlbəttə ki, bu məsələyə cavabdeh olanlar təftiş olunmalıdır. Əməyin təhlükəsizlik qaydaları və bu hadisə də onu göstərdi ki, həmin qaydalara əməl edilməyib”.

İlgili resimƏ.Nuriyev deyib ki, baş vermiş hadisə SOCAR-ın imicinə də ziyan vurub. Onun sözlərinə görə, bu şirkət Azərbaycanın iqtisadi əsaslarından biridir:

“SOCAR-ın maliyyə imkanları da az deyil və işçilərin təhlükəsizliyini təmin etməyə borcludur. Eyni zamanda bu gün bir həftə əvvəldən havanın necə olacağını bilmək olur. Bu mənada görünən odur ki, erkən qiymətləndirmə SOCAR-da bərbad vəziyyətdədir.

Qeyd edək ki, dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 10 nəfər əməkdaşı itkin düşüb. Axtarışlar nəticəsində bir neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv