SOCAR-ın vəzifəsindən azad edilən vitse-prezidentləri bəlli oldu – YENİ ADLAR / FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın altı vitse-prezidenti vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və  bir neçəsi işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, azad edilən vitse-prezidentlər arasında Xalik Məmmədov və David Məmmədov da var.

Mənbələr bildiriblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri şirkətdə aparılan islahatlar və strukturun yenidən formalaşdırılması ilə bağlıdır. Hələlik SOCAR vitse-prezidentlərin vəzifələrindən azad edilməsi haqda xəbərlərə şərh vermir.

Qeyd edək ki, SOCAR-ın 12 vitse-prezidenti var idi.