SOCAR-ın yanacaqdoldurma məntəqəsində erməni təxribatı

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.

Yenicag.az xəbər verir ki, “SOCAR Energy Ukraine”dən bildiriblər ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.

Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.

Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.

Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.

COP29