Reklam: High Technic
hightechnic

SOCAR “Petkim”dəki payının daha bir hissəsini satmağı planlaşdırır

“SOCAR Turkey Enerji A.S.” Türkiyənin “Petkim” neft-kimya kompleksindəki payının daha bir hissəsini satmağı planlaşdırır.

Yeniçağ.Az xəbərinə görə, bu barədə Trend agentliyi Türkiyənin İctimaiyyəti Məlumatlandırma İdarəsinə istinadən məlumat verir.

SOCAR-ın nəzarətində qalan 15,2 milyon ədəd səhmin bir hissəsinin satışı mart ayı ərzində baş tutacaq.

Xatırladaq ki, “SOCAR Turkey Enerji” 2016-cı il oktyabrın sonunda hər birinin qiyməti 4,35 türk lirəsi olmaqla 35 milyon səhmini satmışdı.

Yeniçağ.Az

www.yenicag.az

91