Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SOCAR Rusiyada zavod tikir

72939Dövlət Neft Şirkəti Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır.

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev TACC agentliyinə açıqlamasında bildirib.

“Rosneft”in rəhbəri İqor Seçinin bu yaxınlarda Bakıya səfəri zamanı ARDNŞ ilə danışıqlar apardığını xatırladan N.Əliyev danışıqların nəticəsi barədə məlumatsız olduğunu vurğulayıb.

Agentlik xəbər verir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır. (anspress.com)

www.yenicag.az

243