SOCAR: “Sumqayıtdakı zavodda etiraz edən işçilər Dövlət Neft Şirkətinin əməkdaşları deyil”

f3f08294-30d7-4a34-afe8-c1d39d43f547SOCAR öz öhdəliklərini çoxdan yerinə yetirib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkətinin podratçılarından birinin işçiləridir.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR öz öhdəliklərini çoxdan yerinə yetirib: “Bizə bildirilib ki, artıq işçilərin noyabr ayı və dekabr ayı üçün əmək haqqları tam ödənilib”.
Qeyd edək ki, etiraz edən işçilər “Atilla” şirkətinin əməkdaşlarıdır. Hadisəyə yaxın şəxsin bildirdiyinə görə, dünən işçilərə noyabr və dekabr ayı üçün əmək haqqının bu gün saat 11-dən başlayaraq veriləcəyi bildirilib. Lakin işçilər bu saatı gözləmədən saat 8-də etiraz etməyə başlayıblar. Əmək haqqları işçilərə söz verilən saatda verilib.

Yeniçağ.Az