“SOCAR Türkiyə”dən 20 milyonluq dəstək

Türkiyədə baş verən zəlzələdən sonra “SOCAR Türkiyə” şirkəti fəlakətdən zərərçəkənlərə yardım etməyə başlayıb. Şirkət vətəndaşların ehtiyaclarını ödəmək üçün 20 milyon TL ( 2 milyon manata yaxın) dəyərində ianə fondu yaradıb.

Yenicag.az xəbər verir ki, şirkət həmçinin zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə də dəstək verir.

Bundan əlavə, AFAD-a 6,4 milyon TL-lik əsas ehtiyaclar çatdırılıb, 3,5 milyon TL isə nağd şəkildə hesaba köçürülüb.

Digər məbləğ isə yardım üçün müxtəlif qurumlara köçürülüb.