SOCAR üzrə neft emalı həcmi artdı

Cari ilin ilk iki ayı ərzində SOCAR üzrə neft emalı həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artım qeydə alınıb.

Şirkətdən Yenicag.az-a bildirilib ki, bu ilin yanvar-fevral aylarında SOCAR üzrə neft emalı 1 milyon tondan təşkil etmişdirsə, ötən ilin müvafiq dövründə bu rəqəm 937,9 min ton olub.