“Socar Towar”da “SOCAR Media”nın dəstəyi ilə “Beynəlxalq qabaqcıl jurnalistika praktikası” mövzusunda seminar keçirilir.
Yenicag.az xəbər verir ki, seminarda “SOCAR”ın Kadr, rejim və informasiya texnologiyası üzrə vitse-prezidenti Xalik Məmmədov, İctimayyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, xarici mütəxəssislər, Bakı Dövlət Universitetinin tələbələri və media nümayəndələri iştirak edib.
Seminarı açılış nitqi ilə başlayan “SOCAR”ın Kadr, rejim və informasiya texnologiyası üzrə vitse-prezidenti Xalik Məmmədov gələn qonaqları salamlayaraq, neft və qaz sənayesi sahəsində media nümayəndələrinin fəaliyyətindən, şirkətin media ilə əlaqələrindən danışıb və seminarla bağlı təəssüratlarını bölüşüb.
Daha sonra çıxış edən İbrahim Əhmədov “SOCAR Media”nın bu istiqamətdəki fəaliyyətindən danışaraq, seminarın mövzusu, keçirilmə məqsədi və seminarda məruzə ilə çıxış edəcək xarici qonaqlar haqqında qısa məlumat verib.
Seminara məruzə ilə başlayan Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış jurnalist Ceyms Qavin neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı təcrübələrini və əsas müddəaları dinləyicilərin diqqətinə çatdırıb.
Daha sonra “The İndependent”, “Bloomberg” kimi xəbər agentliklərində jurnalist kimi fəalliyyət göstərən Sveyna Odonnell geniş çıxış edərək dinləyicilərə geniş auditoriya üçün mürəkkəb mövzularda reportaj hazırlanması istiqamətində biliklərini çatdırıb.
Seminar hazırda digər məruzəçilərin çıxışları ilə davam etdirilir.