Soçi görüşü ərəfəsində prezidentə dəstəyin “UNUDULMASI”: “Çox təəssüf ki, biz bu barədə fikirləşməmişik” – Partiya sədri

“Fikirmcə, Soçi görüşü ərəfəsində prezidentə siyasi dəstək aksiyası olmalı idi”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabrın 26-da Soçidə baş tutacaq görüşü ərəfəsində Azərbaycan siyasi qüvvələrinin prezidenti İlham Əliyevin mövqeyinə dəstək xarakterli birgə bəyanat qəbul etməmələrinə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun fikrincə, elə bir bəyanatın qəbul edilməməsi ilə çox əla fürsət əldən qaçırılıb:

“Hesab edirəm ki, belə bir bəyanatın hazırlanaraq yayılması çox müsbət addım olardı. Çox təəssüf ki, biz bu barədə fikirləşməmişik. Fikrimcə, Soçi görüşü ərəfəsində prezidentə siyasi dəstək aksiyası olmalı idi.

Biz həmin bəyanatla Azərbaycanın siyasi qüvvələrinin, istərsə də bütövlükdə cəmiyyətin ölkə başçısının mövqeyinə dəstəyini nümayiş etdirməli, onun bu istiqamətdə təşəbbüslərinin müdafiə olunduğunu göstərməliydik.

Fikrimcə, elə bir bəyanatın qəbul edilməməsi ilə çox əla fürsət əldən qaçırılıb. Amma növbəti mərhələlərdə o addımın atılacağına ümid edirəm”.

A.Zeynalov