“Şöhrət” ordeni alan Ramiz Əzizbəyli kövrəldi: “Hərəkət edə bilmirəm”

Milli Kino Günü ərəfəsində “Şöhrət” ordeni ilə təltif olunan xalq artisti, tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli təəssüratlarını bölüşüb.

Yenicag.az-a açıqlama verən sənətkar səhhətindən də danışıb:

“Dünəndən hamı məni təbrik edir, sevincimə şərik çıxır. Minnətdaram hamıya. Amma xəstəlik sevinməyimə mane olur. Hərəkət edə bilmirəm, evdən bayıra çıxmıram, xəstəyəm, buna görə ürəyim açılmır. Bu gün kino işçilərinin bayramıdır, tədbir keçiriləcək, amma mən gedə bilməyəcəm. Çünki səhhətim buna imkan vermir. Dəfələrlə xarici ölkələrdə müalicə də olundum, xeyri olmadı. İndi də gecdi, taleyimlə barışmalıyam”.

Xalq artisti arzularından danışaraq kövrəlib:

“Çətin ki, indən belə film çəkim, filmə çəkilim. Amma dəvət etsələr, hansısa filmin bədii rəhbəri olaram, məsləhətlərimi verərəm”.

Cəvahir

COP29