Meksikada qeyri-adi hadisə baş verib.
Yenicag.az xəbər verir ki, 40 yaşlı meksikalı qadın özünü qeysəriyyə əməliyyatı edib.
Belə ki, iki il əvvəl çətin doğuş səbəbindən körpəsini itirdikdən sonra daha bir mənəvi ağrıya dözə bilməyəcəyinu düşünən qadın bu hamiləliyində riskli addım atıb.
Kiçik bir kənddə yaşayan, heyvanları kəsməkdə təcrübəli olan qadın həkimlərin heç gələcəyini düşünərək mətbəxdən bıçaq və alkoqol götürüb.
Bıçaqla ilk olaraq qarnının dərisinə, sonra piy qatına və daha sonra əzələyə nüfuz edərək üç qat kəsib və oğlunu qarnından çıxarıb. Xoşbəxtlikdən körpə sağ qalıb və doğuşdan dərhal sonra nəfəs alıb, ağlayıb.
Qadın huşunu itirmədən öncə tibb bacısına zəng edərək çağırmağı bacarıb. Hadisə yerinə gələn həkimlər qadının bağırsaqlarını bədəninə yerləşdirərək əməliyyat ediblər. Sonra o, təxminən səkkiz saatlıq məsafədə olan ən yaxın xəstəxanaya aparılıb.
Əməliyyatdan 10 gün sonra xəstə sağalıb və evə buraxılıb.
Qeyd edək ki, spontan qeysəriyyə əməliyyatı halları son dərəcə nadir və çox təhlükəlidir. Belə bir əməliyyatı həyata keçirərkən, ana və uşaq üçün ağırlaşmalar və ölüm riski yüksəkdir.