!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK! 73 yaşlı qadın əkiz anası oldu - Əri infarkt keçirdi

!Reklam – Yazi

Hindistanın cənubundakı Andhra Pradeş ştatında 73 yaşında bir qadın süni mayalanma yolu ilə hamilə qalıb və əkiz qız uşağı dünyaya gətirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda ana və əkizlərin sağlamlıq vəziyyəti yaxşıdır.

Həyatları boyu uşaq arzusu ilə yaşayan Manqayamma Yaramati və Sitarama Rajarao əkizlərin dünyaya gəlməsini həyatlarının ən xoşbəxt anı olduğunu da deyiblər. Əkizlər dünyaya gəldikdən sonra 82 yaşlı Sitarama Rajarao infarkt diaqnozu ilə xəstəxanaya çatdırılıb. Kişinin xəstəxanaya düşməsinin məhz sevincdən olduğu bildirilir.

Qeyd edək ki, 2016-cı ildə Hindistanda Daljinder Kaur adlı 70 yaşındakı qadın da süni mayalanma nəticəsində bir uşaq dünyaya gətirib.

www.yenicag.az

1319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv