Space televiziyasında yayımlanan “Nahara qədər” verilişinin qonağı olan tanınmış aktyor və teleaparıcı əməkdar artist Əkbər Əlizadə özü ilə bağlı şok fakt açıqlayıb.
Yenicag.az xəbər verir ki, bir qadın aparıcını şantaj edərək, anası olduğunu iddia edib:
“Bu faktı heç yerdə açıqlamamışam, ilk dəfədir ki, burda deyirəm. Canlı veriliş gedə-gedə mənə dedilər ki, anan gəlib, səni qapıda mühafizəçilərin yanında gözləyir. Dedim anam oturub evdə, məni izləyir. Sözü varsa, zəng edib deyər, bura niyə gəlir ki? Bu qadın şəhərdə olan “avtomat” telefonlardan zəng etdi ki, sən mənim balamsan, səni Moskvada dünyaya gətirmişəm, çətinliyə düşdüyüm üçün, gətirib səni indiki anana verdim. Dedim məsələ belə davam etsə, səni polisə verəcəm. Utanmaz-utanmaz albom gətirib uşaqlara göstərib ki, baxın Əkbərin anasıyam. Ona deyiblər ki, əgər Əkbərin anasısansa, bəs onun şəkli niyə albomlarında yoxdur”.
Qeyd edək ki, Ə.Əlizadənin qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.
Cəvahir