!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK ƏMƏLİYYAT: İnsana donuz ürəyi köçürdülər - FOTO

!Reklam – Yazi

ABŞ-də tibb sahəsində yeni dönəmi başladacaq əməliyyat icra olunub.

Yenicag.az “New York Times”a istinadən xəbər verir ki, ABŞ-nin Merilənd ştatının Baltimor şəhərində 57 yaşlı Devid Bennetə genetik kodu dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.

Məlumata görə, əməliyyat təqribən 8 saat davam edib. Əməliyyatı icra edən həkimlər xəstənin durumunu normal qiymətləndirirlər.

Əməliyyatı həyata keçirən tibb mərkəzində ürək transplantasiyası proqramının direktoru doktor Bartley Qriffit belə bir əməliyyatın icra olunmasından böyük həyəcan duyduqlarını qeyd edib. O, xəstənin sonrakı durumunun qeyri-müəyyən olduğunu da sözlərinə əlavə edib.

 

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv