!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK - Hər üç yeniyetmədən biri telefona baxmaq üçün gecə oyanır - TƏDQİQAT

!Reklam – Yazi

Yeniyetmələr və onların valideynləri yatmazdan öncə telefonla məşğul olurlar.

Yenicag.az xəbər verir ki, həkimlər adətən yatmadan 1 aat öncə ümumiyyətlə smartfondan istifadə edilməsini məsləhət görürlər.

ABŞ-ın qeyri-kommersiya təşkilatı olan Common Sense tədqiqat apararaq aşkar edib ki, amerikalı yeniyetmələrin 70%-i və yaşca böyük olan insanların 60%-i bu qaydanı pozur. Yeniyetmələrin 39%-i yatmazdan öncə smartfonla yarım saat vaxt keçirdir və həmin yeniyetmələr öz smartfonlarını yataqlarına yaxın yerə qoyurlar. Yeniyetmələrin 29%-i isə öz smartfonlarını yataqlarında qoyur. Hər üçüncü yeniyetmə gecə bir dəfə də olsun oyanaraq smartfondakı bildirişləri yoxlayır. Hər dördüncü valideyn də bu işi səhərə saxlamaq gücündə deyil.

Yüksək yaşlı insanlar çox zaman etiraf edirlər ki, onlar smartfonla daha çox zaman keçirdirlər. Bu mövzuda 52% göstərici valideynlərdə, 39% isə yeniyetmələrdədir. Bundan əlavə olaraq yeniyetmələrin 39%-i öz valideynlərinin smartfonla daha az zaman keçirtmələrini istəyir. Buna baxmayaraq bir çox ailələr (52% valideyn və 72% uşaq) smartfondan mütəmadi istifadədə ailə üzvləri arasında ünsiyyətə zərər verə biləcək bir şey görümürlər.

 

www.yenicag.az

10670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv