Aktyor-müğənni Özcan Denizin ürək xəstəsi olan bacısı Gülcan Deniz onunla bağlı şok açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, Denizin ötən il xərçəngdən ölən atası Sadık Denizin ikinci arvadından olan 22 yaşındakı qızı Gülcan köməyə ehtiyacı olduğunu deyib. Gənc qız qardaşı Özcandan müalicə üçün kömək istəyib.
Gülcan “Anam ağır xəstədir. Mənim də ürəyimdə problem var. Həm müalicə almaq, həm də oxumaq istəyirəm. Dəfələrlə qardaşıma zəng etməyə çalışdım, amma cavab vermədi. Qardaşım atamızla birlikdə məni də öldürdü” sözlərini deyib.
Gülcan Özcan cavab verməyəndə, əmisi Halit Denizin ona zəng vurduğunu, amma sənətçinin bu dəfə də cavab vermədiyini bildirib./Axşam.az/