Şok iddia: Ronaldo bu kluba transfer ediləcək?

Kriştiano Ronaldo yenidən klubunu dəyişir.

Yenicag.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddia olunur ki, yayda “Real”dan “Yuventus”a 100 milyon avroya transfer olunan Ronaldo mövsümün sonunda Turin klubundan ayrılaraq “Mançester Yunayted”ə üz tutacaq.

Lakin “Yuventus” xəbəri dərhal təkzib edib. Klubun idman direktoru Fabia Paratisi canlı yayıma bağlanaraq Ronaldonun komandadan getməyəcəyini bildirib.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 93 milyon avroya transfer olunub./fanat.az/