Kaliforniyadan olan bir qrup alimin araşdırması elm aləmini şok edib.
Yenicag.az xəbər verir ki, araşdırmanın nəticəsi “Journal of Ethology”da yayımlanıb.
Araşdırmaçılar 2024-cü ilin iyun-iyul ayları ərzində sincablarla tarla siçanlarının 74 birbaşa təmasını müşahidə ediblər.
Sözügedən təmaslardan 42 faizindən çoxu sincabların siçanları ovlaması ilə nəticələnib.
Bu da sincabların ətyeyən olduğunu üzə çıxarıb.