ŞOK OLAY – 10 ay sonra ərinin qadın olduğunu öyrəndi

İndoneziyada qeyri-adi dələduzluq hadisəsi baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, N.A adlı qadın özünü ABŞ-də təhsil almış cərrah kimi təqdim edən A.A adlı şəxslə sosial şəbəkədə tanış olub.

Cütlük tanış olduqdan 3 ay sonra evlənib. Dini nikahla ailə qurandan sonra bir müddət qadının evində yaşayıblar.

Bəyin rəsmi nikah üçün lazımi sənədləri təqdim etməməsi və sənədlər üçün ailədən davamlı olaraq pul istəməsindən sonra qadının ailəsi bəydən şübhələnməyə başlayıb.

Bu vəziyyətdən narahat olan A.A. arvadını götürüb Cənubi Sumatradakı Lahat şəhərinə gedib. Orada olarkən o, N.A.-nı bir neçə ay evdə dustaq edib və insanlarla bütün əlaqəsini kəsib. Bir müddət sonra N.A.-nın anası narahat olaraq Jambi polisinə şikayət edib. Bundan sonra bütün həqiqət üzə çıxıb.

Belə ki, cütlük evləndikdən 10 ay sonra ərinin həm fırıldaqçı, həm də qadın olduğunu öyrənib.

Fırıldaqçı İndoneziyanın Jambi Rayon Məhkəməsi qarşısına çıxarılıb.

Sosial şəbəkə paylaşımında necə aldandığını ifadə edən N.A ailəlik müddətində cinsi münasibətləri barədə sualları da cavablandırıb. O, ərinin cinsi əlaqədən əvvəl həmişə işıqları söndürdüyünü, onun gözlərini bağladığını və xüsusi vasitələrdən istifadə etdiyini deyib.

Qeyd edilib ki, E.Y.-nin günahı sübut olunarsa, o, 10 ildən çox müddətə azadlıqdan məhrum edilə bilər.

COP29