ŞOK: “Qalatasaray”ın sabiq futbolçusu QİÇS-ə yoluxdu

“Qalatasaray”ın sabiq furbolçusu Emmanuel Ebuedə QİÇS aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçinin meneceri bildirib. Onun sözlərinə görə, bu, futbolçunun “Limassol” klubunda tibbi baxışdan keçərkən bəlli olub.

Virusa yoluxan Fil Dişi Sahilindən olan futbolçunun müalicəsi Londonda aparılacaq.

Qeyd edək ki, afrikalı oyunçu “Qalatasaray”dan ayrıldıqdan sonra özünə klub tapmaqda çətinlik çəkib. O, bir müddət İngiltərənin “Sanderlend” klubunun da düşərgəsində olub, lakin onunla müqavilə imzalanmayıb.

COP29