Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Şok statistika - 3 gündə 174 nəfər yol qəzasında öldü

Tailandda Sonqkran (Yeni ilin analoqu) bayramında, sonra 3 gün ərzində 1665 yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, yol qəzaları nəticəsində azı 174 nəfər həlak olub, 1728 nəfər isə xəsarət alıb.

Ötən eyni dövrü ilə müqayisədə yol qəzalarının sayı 9,7 faiz, ölənlərin sayı 17,1 faiz, xəsarət alanların sayı isə 9,4 faiz azalıb.

Qeyd edilir ki, ötən il olduğu kimi, bu il də yol qəzalarının əsas səbəbi sərxoş vəziyyətdə avtomobili idarəetmə (38 faiz) və sürət həddinin aşılması (27,5 faiz) olub. Qəzaların əksətiyyətində (79,6 faiz) motosikletlər iştirak edib.

Son 3 gün ərzində 2,62 milyon avtomobil postlarda saxlanılıb, 91,3 min insanın sərxoş vəziyyətdə olduğu müəyyən edilib, onlardan 2294 nəqliyyat vasitəsi müsadirə edilib.

www.yenicag.az

5969