Solari “Real Madrid” tarixində ilkə imza atdı – VIDEO

“Real Madrid” klubunun müvəqqəti olaraq bu posta gətirilmiş baş məşqçisi Santiago Solari 116 illik klub tarixində bir ilkə imza atıb.

Yenicag.az xəbər verir ki, o, ilk 4 oyunda 15 qol vurmasına baxmayaraq qapısında sadəcə 2 qol görən məşqçi olub. Bu da 13 topluq fərqlilik deməkdir.

Qeyd edək ki, İspaniya mediasında Santiago Solarinin mövsüm sonuna qədər Real Madriddə davam edəcəyi xəbərləri yayılıb. Klub rəsmiləri onunla 2020-ci ilə kimi müqavilə bağlamaq niyyətindədir. Rəsmi məlumatın bu günlərdə açıqlanacağı bildirilir.

Natəvan Abbaslı