!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Solo Türk” Azərbaycana gəlir - Sabah

!Reklam – Yazi

Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” təyyarəsi Bakı səmasında akrobatik uçuşlar həyata keçirəcək.

Yenicag.az xəbər verir ki, “Solo Türk”ün 2018-ci il üçün təsdiq olunmuş proqramına əsasən, təyyarə və uçuş heyəti nümayiş uçuşu üçün sabah Azərbaycana gələcək.

“Solo Türk” təyyarəsi mayın 28-də Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunacaq tədbirdə Bakı səmasında nümunəvi uçuşlar reallaşdıracaq.

Xatırladaq ki, 2015-ci il sentyabrın 13-də “Solo Türk”ün Azərbaycana səfəri planlaşdırılmışdı. Lakin Türkiyədə terrorla mübarizə və əsgərlərin şəhid olması ilə bağlı yaşanan olaylar səbəbindən səfər təxirə salınmışdı.

Qeyd edək ki, “Solo Türk” Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarəsinin qabiliyyətlərini və türk pilotlarının bu təyyarədəki bacarıqlarını anlatmaq üçün yaradılıb. Nümayiş uçuşlları tək pilotlu F-16 C Blok-40 təyyarəsi ilə icra olunur. Uçuşlar zamanı təyyarənin hər iki qanad ucuna taxılan tüstü avadanlığı vasitəsi ilə havada ağ rəngli tüstü izi buraxılır.

www.yenicag.az

2137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv