Solomon Adaları dövlətinin sahillərində Sakit Okeanda 5,0 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Avstraliya Dövlət Seysmoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri San-Kristobal adası sahilindən 8 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 70 kilometr dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.